Məzmuna keç

Direktoru həbsdə olan tur şirkəti məhkəməyə verildi

"TCS" MMC "Avion Travel" tur şirkətini məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, Bakı Kommersiya Məhkəməsində tur şirkəti barədə mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalara dair iddia qaldırılıb.

İş hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, adıçəkilən tur şikətinin direktoru Lalə Rəcəbova bir müddət əvvəl həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, L.Rəcəbova zərərçəkmişlərin böyük əksəriyyətinə sosial şəbəkə vasitəsilə yalan vədlər verməklə viza məsələlərini həll edəcəyinə söz verib, sənədlərini qəbul edib. İlkin məlumata görə, o, 202 nəfərə 498 175 manat zərər vurub.

Şəbnəm Mehdizadə