Sumqayıt Texnologiyalar Parkı cərimə oluna bilər


  • 15 İyul 2024 16:50

Sumqayıt Texnologiyalar Parkına (STP) cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, STP barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Ramiz Quliyein sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər