"Xaliq Faiqoğlu" cərimələnə bilər


  • 16 İyul 2024 16:52

"Xaliq Faiqoğlu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 428.5-ci (Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu xətaya görə "Xaliq Faiqoğlu" min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər