Məzmuna keç

İnşaat şirkətinə cərimə yazıldı

"Fəza İnşaat" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Protokol hakim Ramiz Quliyevin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, şirkət beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə