"Royalvet Baytarlıq Klinikası" MMC-yə cərimə yazılıb.
E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.
Protokol hakim Samir İsmayılovun sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, klinika beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
