- 11:04
"Hidro İnşaat Servis" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. İş hakim Mirheydər Zeynalovun icraatına verilib.
Qeyd edək ki, bu xətaya görə şirkət iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə