Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Əzizulla Sədiyarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Lənkəranın Sütəmurdov kəndində baş verib. 3 avtomobilin toqquşduğu zəncirvari qəza nəticəsində "VAZ-2109" markalı minik avtomobilinin sürücüsü 50 yaşlı Zaur Kərimov və oğlu 21 yaşlı Cavad Kərimov hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü 27 yaşlı Əzizulla Sədiyarov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Sürücü Ə.Sədiyarova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
