Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Hacıbaba Xurucinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilib.
Hakim Vüsalə Qasımovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 31-nə təyin olunub.
Qeyd edək ki, hadisə Xaçmaz rayonunun Nabran kəndində baş verib. Belə ki, "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Hüseynzadə Səxavət Gülümbala oğlu ölüb, 1962-ci il təvəllüdlü Xuruci Hacıbaba Mürşüd oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
