Bakıda tanışını öldürməkdə təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Cavid Hüseynovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1985-ci il təvəllüdlü Elşən Məmmədov paytaxtın Sabunçu rayonu ərazisində 1990-cı il təvəllüdlü Etibar Salamzadənin aralarında yaranmış mübahisə zamanı tanışı Etibar Salamzadəyə bıçaqla xəsarət yetirərək öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
