Beyləqanda oğurluq etməkdə təqsirləndirilən Elnur Gülmalıyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilib.
Hakim Xatın Cabbarlının sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Elnur Gülmalıyev rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus 7 min manat dəyərində iribuynuzlu heyvan oğurlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
