Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emin Qasımovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
Hakim İlham Kərimlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 7-nə təyin olunub.
Qeyd edək ki, hadisə Bakının Nizami rayonunda baş verib. Belə ki, Emin Qasımov idarə etdiyi avtomobillə yolu keçən 2018-ci il təvəllüdlü Seyidova Nazpəri Pərvin qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
