"Kontakt Home" məhkəməyə verildi


  • 29 İyul 2024 17:52

"ABC-Telecom" MMC məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, Azərbaycan Professional Kinorejissorlar Gildiyası İctimai Birliyi MMC-yə qarşı müəlliflik hüququ ilə əlaqədar iddia qaldırıb.

İddia Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, "ABC-Telecom" MMC "Kontakt Home" əmtəə nişanı altında fəaliyyət göstərir. "Kontakt Home" məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən mağazalar şəbəkəsidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər