Qadına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxs: "Məni görəndə özünü ölülüyə vurdu"


  • 1 Avqust 2024 16:11

Bakıda vətəndaşa qarşı hədə-qorxu gələrək quldurluq etməkdə təqsirləndirilən Fərahim Mirzəzadənin cinayət işi məhkəməsi davam etdirilib.

E-huquq.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O bildirib ki, zərərçəkmiş şəxs olan Nuray Mənsiyevaya qarşı hər hansı bir quldurluq etməyib: "Mən onların evinə darvazanı aşaraq deyil, normal şəkildə qapıdan daxil olmuşam. Mənim şəklimi paylaşmışdı, bu da mənim nüfuzuma xələl gətirirdi. Məhz bu amili aydınlaşdırmaq üçün onlara getdim. Onun üstünə bıçaq çıxarmamışam və zor tətbiq etməmişəm. O, məni görəndə özünü ölülüyə qoydu. Mən də onu qucağıma alıb kənara qoydum, hətta üzünə su da vurdum. Onun telefonunu götürdüm və 2 həftə sonra geri qaytardım. Zərərçəkmiş şəxslə münasibətimiz olan zaman məndən dəfələrlə pul istəyib, mən də göndərmişəm. Mənim üzərimdə heç bir bıçaq olmayıb. Mənə üstümə atılanlar hamısı iftiradır".

Məhkəmənin növbəti iclası avqustun 22-nə təyin edilib.

Qeyd edək ki, Fərahim Mirzəzadəyə qarşı Cinayət Məcəlləsinin 181.2.3 (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər