- 17:29
Salyanda ana və oğlunu öldürməkdə təqsirləndirilən Ziya Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Əli Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1981-ci il təvəllüdlü Ziya Əliyev aralarında yaranmış mübahisə zamanı kəsici alətlə zərbələr endirərək qardaşı arvadı,1963-cü il təvəllüdlü Rahilə Əliyeva və onun oğlu, 1992-ci il təvəllüdlü Bəhruz Əliyevi öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə