Binəqədi Rayon Məhkəməsində yenilik - FOTO


  • 5 Avqust 2024 12:26

Binəqədi Rayon Məhkəməsində "Ana və uşaq otağı" istifadəyə verilib.

E-huquq.az xəbər verir ki, bu barədə tanınmış vəkil Mayis Əliyev məlumat verib.

O bildirib ki, məhkəməyə gələn insanların rahatlığı və məhkəmə prosesinin maneəsiz davam etməsi üçün gözəl zəmin yaradılıb.

"Binəqədi Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Abbas Rzayevin insanlara qayğı və diqqətlə yanaşmasını alqışlayır, gələcək işlərində uğurlar arzulayıram", - deyə M.Əliyev qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər