- 7 Sentyabr 13:30
"İsmayıllı Sağlamlıq Mərkəzi" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, mərkəz barədə İnzibati Xətalar Məcəlləsnin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib. İş hakim İlqar Hüseynoun icraatına verilib.
Protokol təsdiq olunsa, mərkəz 6 min manatdan 8 min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclası avqustun 20-də keçiriləcək.
Şəbnəm Mehdizadə