Lənkəranda evdən oğurluq etməkdə təqsirləndirilən dəstə üzvlərinin məhkəməsi başlayır


  • 6 Avqust 17:35

Lənkəranda evdən oğurluq etməkdə təqsirləndirilən Elşən Mirzəzadə, Rahim Əkbərov və Rövşən Nuruşovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Anar Pənahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin olunub.

Qeyd edək ki, təqsirləndirilən Elşən Mirzəzadə, Rahim Əkbərov və Rövşən Nuruşov Liman şəhəri ərazisində yerləşən evlərin birindən 8 min ABŞ dolları və 930 min rus rublunun oğurlamaqda təqsirləndirilirlər. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər