Məzmuna keç

Göyçayda tanışını öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Göyçayda tanışını öldürməkdə təqsirləndirilən Mehdi Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Xaliq Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 19-da keçiriləcək.

Qeyd edək ki, Mehdi Məmmədov Göyçay rayonu ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı, 1979-cu il təvəllüdlü Rza Əhmədova bıçaqla xəsarətlər yetirərək onu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə