Ümumilikdə 8 dövlət orqanında 26 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş ümumi müsahibə davam edir.
DİM-dən e-huquq.az-a verilən məlumata görə, bu gün saat 12:15-ə olan göstəricilərə görə, ümumi müsahibədə 10 nəfər uğur qazanıb. Onlardan 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 2-si Maliyyə Nazirliyində, 2-si Energetika Nazirliyində, 1-i Məhkəmə-Hüquq Şurasında, 1-i Kəlbəcər Rayon Məhkəməsində, 1 nəfər isə Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.
Ümumi müsahibə martın 5-də başa çatacaq.
Xatırladaq ki, müsahibəyə ərizə qəbulu fevralın 3-də yekunlaşıb və 130 nəfər müraciət edib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (53 nəfər) və Energetika Nazirliyində (23 nəfər) qeydə alınıb.
