Məzmuna keç

“Sumqayıt Texnologiyalar Parkı” MMC borca görə məhkəməyə verildi

Sumqayıt Kommersiya Məhkəməsində “BDO Azərbaycan” MMC-nin “Sumqayıt Texnologiyalar Parkı”  Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia ərizəsinə baxılıb.

Sumqayıt Kommersiya Məhkəməsində “BDO Azərbaycan” MMC-nin “Sumqayıt Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” barədə iddia ərizəsinə baxılıb.

E-huquq.az xəbər verir ki, ilə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır.

Çünki məhkəməyə iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut təqdim olunmayıb.

Buna görə məhkəmə iddia ərizəsinin feri qaytarılması ilə bağlı qərar verib.