Bildiyimiz kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsininə dəyişikliklər edilməsi üçün vəkillər tərəfindən irəli sürülən təkliflərin müzakirəsi başa çatıb. Təkliflər paketi baxılması üçün Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəməyə göndərilib.
E-huquq.az xəbər verir ki, dəyişdirilməsi istənilən maddələr aşağıdakılardır:
Maddə 15. Cinayətlərin təsnifatı
Maddə 44. Cərimə
Maddə 49. İslah işləri
Maddə 50. Hərbi xidmət üzrə məhdudlaşdırma
Maddə 56. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi
Maddə 59. Cəzanı yüngülləşdirən hallar
Maddə 70. Şərti məhkum etmə
Maddə 77. Cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə
Maddə 79. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması
Maddə 125. Özünü öldürmə həddinə çatdırma
Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma
Maddə 147. Böhtan
Maddə 148. Təhqir
Maddə 162. Əmək mühafizəsi qaydalarını pozma
Maddə 192. Qanunsuz sahibkarlıq
Maddə 221. Xuliqanlıq
Qeyd edək ki, Cinayət Məcəlləsinə dəyişikliklə bağlı təkliflərin hazırlanması üçün Vəkillər Kollegiyasında İşçi Qrupu yaradılmışdı.
