Nazir: Cəzaçəkmə müəssisələrində 1100 məhkum sertifikatlaşmış peşə hazırlığına cəlb olunacaq


  • 22:01

Cəzaçəkmə müəssisələrində məhkumlara elektrik montyoru, elektrik-qaz qaynaqçısı, hibrid və elektrik nəqliyyat vasitələrinin təmiri və bir sıra digər sahələr üzrə peşə hazırlığına başlanılıb.

E-huquq.az xəbər verir ki, bunu "Report" və İTV-yə müsahibəsində ədliyyə naziri Fərid Əhmədov deyib.

Nazir bildirib ki, ilkin mərhələdə ildə 1100 məhkumun sertifikatlaşmış peşə hazırlığına cəlb olunması nəzərdə tutulub:

"Bu prosesə yalnız özəl tərəfdaşlar deyil, eyni zamanda dövlətə məxsus hüquqi şəxslər də cəlb olunublar. Onlar da cəzaçəkmə müəssisələrində müvafiq infrastrukturun qurulmasına və təlimlərin təşkilinə kömək edirlər".

Oxşar xəbərlər