“İndi də biz İstisuya gəldik. “İstisu” sanatoriyasının dağılmış görüntüləridir gözünüzün önünd. Vəhşi düşmən buranı da söküb”.
E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində "İstisu" sanatoriyasına baş çəkərkən deyib.
“Sanatoriya korpuslarını nə günə qoyub. Baxın”, – Azərbaycan Prezidenti bildirib.
Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.
