Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, F.Əliyeva Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir. Sentyabrın 7-də onun 60 yaşı tamam olur.
