Məzmuna keç

Prezident İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev "Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.