Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu arasında məktublar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında" sənəd müzakirəyə çıxarılıb.
E-huquq.az-ın xəbərinə görə, sənədlə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Müzakirələrdən sonra isə sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
