Məzmuna keç

Azərbaycanı danışıqlarda Ramin Məmmədov təmsil edir

Xəbər verdiyimiz kimi, hazırda Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndə heyəti ilə görüş keçirilir.

E-huquq.az-ın məlumatına görə, rəsmi Bakını görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov təmsil edir.

Xatırladaq ki, R.Məmmədov bu il martın 1-də Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdü.