- 10:06
“30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsinin başladığı 27 sentyabr tarixi qəhrəmanlıq, vətənpərvərlik rəmzinə çevrilən oğul və qızlarımızın əziz xatirəsinin Anım Günüdür”.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.
“Müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayan Şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq”-, paylaşımda deyilir.
Xarici işlər naziri Ceyhun Bayramov da 27 sentyabr - Anım Günü ilə bağlı “X” hesabında paylaşım edib.
“44 günlük Vətən müharibəsinin başlanmasının üçüncü ildönümü və 27 sentyabr - Anım Günündə öz canları və qanları bahasına Bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda dalğalandıran, qürur, iftixar mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə yad edirik”,- nazir yazıb.