Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyətini dayandırır.
E-huquq.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Soltan Məmmədov öz “X” hesabındakı paylaşımında qeyd edib.
Məlumata görə, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransanın Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və işçi qrupu ilə əlaqələrinin dayandırılması barədə məlumatı təəssüf hissi ilə qarşılayır: “Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu Fransa tərəfindən müvafiq addımlar atılanadək öz fəaliyyətini və Fransa-Azərbaycan dostluq qrupu ilə əlaqələrini müvəqqəti olaraq dayandırır”.
