Məzmuna keç

Ceyhun Bayramov İrana səfər edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İran İslam Respublikasına işgüzar səfərə yola düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.