Məzmuna keç

Nazirlik vətəndaşlara pul yardımı ediləcəyi ilə bağlı xəbərlərə münasibət bildirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşlara minimum əməkhaqqı məbləğində yardım edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.

E-huquq.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Fazıl Talıbov deyib ki, təkliflər aidiyyəti üzrə təqdim olunub: "Vətəndaşların sosial müdafiəsi ilə bağlı atılacaq addımlar barədə çoxsaylı suallara cavab olaraq bildirim ki, cənab Prezidentin Sərəncamı ilə yaradılmış məşğulluq və sosial məsələlər üzrə işçi qrup tərəfindən təkliflər hazırlanıb. Yaxın günlərdə bu barədə ətraflı məlumatlar veriləcək. Xahiş edirəm, hadisələri qabaqlayıb vətəndaşları çaşdıracaq məlumatlar paylaşmayın”.