Məzmuna keç

Azərbaycanda Mənzil Məcəlləsinə dəyişiklik ediləcək

Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə

Azərbaycanda Mənzil Məcəlləsinə yeni dəyişikliklər təklif edilir.

E-huquq.az xəbər verir ki, Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə də sosial kirayə müqaviləsi əsasında dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə aid olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri veriləcək.

Qanun layihələri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
bu gün keçirilən iclasında müzakirə edilib.