- 12:28
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə e-huquq.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Məlumatına əsasən iyulun 26-da cənub-şərq küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti olacaq.