Hava Limanı yolunda sürət həddi endirilib


  • 7 Sentyabr 23:53

Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi müvəqqəti olaraq azaldılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yolda bütün hərəkət zolaqları üzrə müəyyən edilmiş sürət həddi 20 km/saat endirilib.

Bununla əlaqədar Mərkəzin əməkdaşları tərəfindən elektron məlumat tablolarında “sürüşkən yol” işarəsi aktivləşdirilib.

Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən edilmiş sürət həddinə əməl etmələri xahiş olunur.

Oxşar xəbərlər