Bakı metrosunda bəzi qatarlar gecikmə ilə hərəkət edir


  • 22 Sentyabr 2020 11:53

"Bakı Metropoliteni" QSC-nin "Nəriman Nərimanov” və “Ulduz” stansiyaları arasında qatarların hərəkətini tənzimləyən işıqforda baş vermiş nasazlığa görə, hazırda hərəkətdə gecikmələr müşahidə olunur.

Bu barədə e-huquq.az-a qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bəzi qatarların gecikməsi 2-3 dəqiqəyə çatır, əksər qatarlar isə interval göstəricisinə uyğun hərəkət edir.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu