Məzmuna keç

Mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu hansı ünvanlarda keçiriləcək? –

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulunun keçiriləcəyi ünvanları açıqlayıb.

Dövlət Xidmətindən e-huquq.az-a bildirilib ki, istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər üçün “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu oktyabrın 21-i Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 3137 məhəllə (Yeni ünvan sisteminə görə Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 37, 39 ), oktyabrın 23-də isə Xətai rayonu, Neapol küçəsi, 26 (Yeni ünvan sisteminə görə Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 70-78 ) ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 23 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.