Azərbaycanda daha 41 nəfər COVID-19-dan vəfat etdi


  • 4 Dekabr 2020 15:50

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 267 yeni yoluxma faktı qeydə alınıb, 2 566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 138 000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1 551 nəfər vəfat edib, aktiv xəstə sayı 52 649 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, ötən müddət ərzində isə ümumilikdə 1 797 026 test aparılıb.

Azərbaycanda daha 4267 nəfər COVID-19-a yoluxub, 2566 nəfər sağalıb, 41 nəfər vəfat edib

Oxşar xəbərlər

  • 15 Aprel 12:22
Sabahın hava proqnozu