"AZGRANATA" MMC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş iməcilik keçirilib - FOTOLAR


  • 8 May 2021 17:49

"AZGRANATA" MMC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş iməcilik keçirilib.

E-huquq.az xəbər verir ki, iməcilik çərçivəsində zavodun ərazisində əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilib, abadlıq və təmizlik işləri aparılıb.

Tədbirdə məqsəd ətraf mühitin qorunmasında iştirak etmək, ictimaiyyətin diqqətini yaşıllıqların mühafizəsinə yönəltməkdir. Təbiətin və ekoloji mühitin mühafizəsi istiqamətində gələcəkdə də belə iməciliklərin həyata keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sonda "AZGRANATA" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə iməcilik iştirakçıları birgə nahar ediblər.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu