"Azəriqaz" 2022-ci il üçün qazlaşdırma ilə bağlı planlarını açıqladı


  • 14 Yanvar 2022 13:51

"2022-ci il üçün 110- a yaxın yaşayış massivinin qazlaşdırılması gözlənilir".

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, rayonlar üzrə 68 yaşayış massivinin qazlaşdırılması planlaşdırılır: "Bunlardan 60 yaşayış massivinin qazlaşdırılması 2022-ci ildə başa çatacaq. 8 məntəqənin isə 2023-cü ildə tamamlanması planlaşdırılır. Bundan əlavə 47 massivin qazlaşdırılması 2022-ci ildə, bir massivin isə 2023-cü ilin əvvəlində başa çatmasını planlaşdırırıq", - deyə baş direktor bildirib.

Sevgül Qasımzadə

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu