Sabahın hava proqnozu açıqlandı


  • 21 Yanvar 2022 12:49

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən e-huquq.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0°-yə yaxın, gündüz 5-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında yanvarın 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 6-9° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə gecə 14-18° şaxta, gündüz 0-5° isti olacaq.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu