"Hazırda güzəştli pensiyalarla bağlı müəyyən araşdırmalar aparılır".
E-huquq.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məsələ ilə bağlı qanunvericilik təşəbbüsü yoxdur: "Hazırda sırf nazirlik daxilində müzakirələr aparılır".
