Məzmuna keç

Təbii qaza görə ödənişlər 14% artıb

"2022-ci ilin yanvar-may aylarında "Azəriqaz" İstehsalat Birliyinin satdığı qaza görə ödəniş səviyyəsi 101,02 % olub".

E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz"ın baş direktorunun satış üzrə müavini Rəşad Cavadov bu gün keçirilən "Açıq qapı" aksiyasında deyib.

R.Cavadov bildirib ki, bu, 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 14,3 % çoxdur: "Əhali sektoru üzrə ödəniş səviyyəsi 99,48 % olub ki, bu da ötən ilin beş ayı ilə müqayisədə 2 % azdır. Qeyri-əhali sektoru üzrə ödəniş səviyyəsi 102,87 % olub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,9 % çoxdur".