SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası növbəti həftə – iyunun 13, 14 və 17-də daha 5 rayonda keçiriləcək.
Bu barədə e-huquq.az-a İstehsalat Birliyindən məlumat verilib.
Aksiya həftənin birinci günü saat 12:00-dan 13:00-dək Lerik rayonunun Davradibi kəndində (Züvüc, Qələbin və Veri-Əliabad kəndlərinin sakinləri də qatıla bilər), saat 15:00-dan 16:00-dək Yardımlı rayonunun Çaydüzü kəndində, ikinci günü saat 10:00-dan 11:00-dək Astara rayonunun Vənəşikəş kəndində, saat 13:00-dan 14:00-dək Masallı rayonunun Ninalov kəndində və 5-ci günü isə saat 11:00-dan 12:00-dək İmişli rayonunun Hacıalmuradlı kəndində baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
