“Himayədar ailə”nin tətbiqi ilə bağlı konsultasiyalar keçiriləcək


  • 1 İyul 2022 17:21

“Himayədar ailə” modelinin tətbiqi ilə bağlı Türkiyənin ekspertləri tərəfindən konsultasiyalar keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, övladlığagötürmə sahəsində olduğu kimi, “Himayədar ailə” qayğı modelinin tətbiqi sahəsində idarəetmə və xidmətlər də e-infrastruktur üzərindən həyata keçiriləcək.

Bunu qeyd edilən modelin tətbiqinə hazırlıq işlərinə dair keçirilən iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib.

Nazir müavini bununla əlaqədar “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemində yeni fuksional imkanların yaradılması işlərinin aparıldığını qeyd edib. O, həmçinin “Himayədar ailə” qayğı modelinin tətbiqi ilə bağlı qanunvericilik bazasının yaradılması işlərinin də davam etdirildiyini deyib.

İclasda qeyd olunan yeni modelin ölkəmizdə tətbiqi ilə bağlı aparılan hazırlıq işləri və qarşıda duran vəzifələr, təkliflər müzakirə olunub.

Eyni zamanda, müvafiq sahələrdə çalışan əməkdaşlar üçün növbəti aylardan Türkiyənin ekspertləri tərəfindən reinteqrasiya, himayədar ailə üzrə müvafiq mütəxəssis konsultasiyalarının keçiriləcəyi qeyd edilib.

Oxşar xəbərlər

  • 15 Aprel 12:22
Sabahın hava proqnozu