Məzmuna keç

İyulun birinci ongünlüyünün son günlərində temperatur 40 dərəcəyə çatacaq

İyulun birinci ongünlüyünün son günlərində temperatur rejiminin tədricən yüksələrək Bakıda və Abşeron yarımadasında 35-37° dərəcəyə çatacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, iyulun birinci ongünlüyünün son günlərində temperatur Mərkəzi Aran və Naxçıvan MR-da 35-38°, bəzi yerlərdə 40°, dağlarda 22-27 ° isti olacaq.