Podratçıların işinə kənar müdaxilə hallarının qarşısının alınması müzakirə edildi


  • 18 Mart 2023 14:08

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi və İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti podratçı şirkətlərin nümayəndələrinin işinə kənar müdaxilə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması və onları narahat edən məsələləri rahatlıqla səsləndirmələrinə şərait yaradılması üçün görüş keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

"Bir sıra podratçılar mövcud proseslər zamanı “Azəriqaz”a aid olmayan problemlərə də toxunublar. Onlar həmin məsələlərə cavabdehlik daşıyan qurumları bir qədər də operativ işləməyə çağırıblar. Bundan başqa podratçılar MTK-larda təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Bu istiqamətdə abonentlərin proseslərdən məlumatsız olduqlarını vurğulayıblar. “Azəriqaz” İB-nin işinə gəldikdə isə podratçılar regionlarda yaranan bəzi problemlərdən söz açaraq qısa zamanda həll olunmasını xahiş ediblər", - məlumatda deyilir.

"Azəriqaz" qeyd edir ki, bundan sonra hər ay əlaqəli qurumların iştirakı ilə mütəmadi olaraq podratçılarla görüş keçiriləcək.

Oxşar xəbərlər