Məzmuna keç

Sabahın hava proqnozu açıqlandı

Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq.

Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.