Məzmuna keç

Türkiyədə bir neçə vilayətdə qar uçqunu xəbərdarlığı edildi

Türkiyənin Meteorologiya Baş İdarəsi ölkənin şərqində qar uçqunu gözlədiyini bildirib.

E-huquq.az xəbər verir ki, Meteorologiya Baş İdarəsi Türkiyənin şərqində yerləşən 14 əyalət üçün uçqun təhlükəsinə qarşı “sarı” kodla xəbərdarlıq edib.

Uçqun riskli vilayətlər bunlardır: Ağrı, Rize, Giresun, Trabzon, Şırnak, İğdır, Artvin, Bitlis, Ərzurum, Hakkari, Qars, Muş, Van, Ərdahan.