Məzmuna keç

Türkiyədə güclü yanğın: 80 nəfər təxliyə edildi

Türkiyənin Mersin vilayətinin Mut rayonunda xalça və mebel mağazasında yanğın baş verib. 

E-huquq.az Türkiyə mətbuatın aistinadən xəbər verir ki, dördmərtəbəli binanın birinci mərtəbəsindəki xalça və mebel mağazasının anbar hissəsində yanğın qeydə alınıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Binanın pilləkən qəfəsini sıx tüstü bürüdüyündən sakinlər özləri çölə çıxa bilməyiblər.

Yanğınsöndürənlər xüsusi nərdivanın köməyi ilə 20 mənzildə yaşayan 80 nəfəri balkonlardan təxliyə ediblər.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının səbəbi hələlik məlum deyil.

Şəbnəm Mehdizadə