Ötən il 56 469 elektron order rəsmiləşdirilib


  • 09:28

2025-ci ildə ümumilikdə 56 469 elektron order rəsmiləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il üzrə fəaliyyəti ilə bağlı hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstəricilər vəkillik fəaliyyətində rəqəmsallaşmanın sürətləndiyini və hüquqi xidmətlərin müasir texnologiyalar vasitəsilə daha əlçatan olduğunu təsdiqləyir.

"Eyni zamanda qeyd etmək lazımdır ki, elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Kollegiya rəhbərliyi və əməkdaşları dövlət qurumlarının, həmçinin özəl şirkətlərin nümayəndələri ilə bir sıra mühüm görüşlər həyata keçiriblər. Bu görüşlər elektron xidmətlərin səmərəliliyinin artırılmasına, vəkillərin və vətəndaşların ehtiyaclarına uyğun həllərin tətbiqinə, eləcə də informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsinə xidmət edib", - deyə hesabatda bildirilib.

Oxşar xəbərlər